Bakı. Trend:
2040-cı ilədək Bakıda kurort turizminin inkişafı üçün təxminən169,8 ha yeni inkişaf ərazisi ayrılıb.
Trend xəbər verir ki, bu,Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksinitapıb.
Abşeron yarımadasında Xəzərin şimal və cənub sahillərindəmüxtəlif xidmət səviyyələrinə cavab verən yerli çimərlik turizmi onilliklər ərzində inkişaf edib. Bu gün Abşerondakı kurortlarmüxtəlif kurort təcrübələrini təcəssüm etdirən əhəmiyyətli turistikərazilərdən birinə çevrilib. Bu kurortlar qonaqlara və turistlərərahat və sakit istirahət imkanı verən cəlbedici landşaftelementləri, habelə mağazalar, restoranlar, təmiz su, kölgəliklərvə s. ilə təmin olunub. Kurortların su əyləncə parkları, tarixiyerlər və abidələr, alış-veriş yerləri (sənətkarlıq məmulatlarınınhazırlandığı emalatxanalar) olan kiçik kənd mərkəzlərinə, habeləkafe və restoranlara yaxın olması buranın turizm cəlbediciliyiniartırır. Baş planda ətraf mühitin yaxşılaşdırılması tədbirlərininnəzərdə tutulması ilə su hövzələrinin keyfiyyətinin artırılması vəbununla şəhərin çimərlik turizminə müsbət təsirin göstərilməsiplanlaşdırılır.
“Bundan əlavə, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlikərazilərindən Bakının digər əhəmiyyətli turistik məkanlarına fərdiekskursiyaların təşkil edilməsinə imkan verəcək”, - sənəddədeyilir.