EN

Azərbaycan Yüksəliş Forumu keçirilib, Prezidentə dəstək bəyanatı qəbul olunub

Azərbaycan
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib. 1news.az xəbər verir ki, "Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.
Forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldənə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər. Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, bu sahələr arasında hüquqi tənzimləmələrin aparılması, hüquq sahəsində elektron sistemlərin tətbiqi, sahibkarlıq və kənd təsərrüfatı sahəsində subsidiyalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunması, sosial sahədə inkişaf perspektivləri, "sosial lift" proyektlərinin önəmli rolu mövzularına toxunulub. Bu mövzular ətrafında müasir tələblərə cavab verən rəqabətli insan kapitalına ölkənin bütün sahələrində olan ehtiyacın vacibliyi vurğulanıb.
Chosen
121
8
1news.az

9Sources