Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert komissiyaları yaradılır. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib."Növbədənkənar Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlikdən, hərəkətlərdən 9 nəfərdən, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır", - o deyib.A.Muxtarova bildirib ki, daxil ola şikayətlərdə qanunsuz hərəkətin məzmunu əks etdirilməlidir: "Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifadə edir. Belə olduğu halda bu barədə məlumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır".