EN

Həbsdən azad olunan 312 nəfər işlə təmin olunub 

Ötən il cəzaçəkmə müəssisələrindən azad olunan 312 nəfər özünüməşğulluq proqramına çərçivəsində işlə təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, həmin şəxslərlə bağlı cəmiyyətdə stereotiplər var:
"Biz o stereotipləri aradan qaldırmağa çalışırıq. Bu səbəbdən Pentensiar Xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə əməkdaşlığa başlanılıb. Əməkdaşlığımızın mahiyyəti ondan ibarətdir ki, həmin şəxslərin cəmiyyərə inteqrasiyasını sürətləndirək".

M.Abbasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslər əsasən ictimai işlərə, tikinti sektoruna və daha çox əl əməyi tələb edilən sahələrdə işlə təmin olunur.

Chosen
385
7
bakivaxti.az

10Sources