Ötən il cəzaçəkmə müəssisələrindən azad olunan 312 nəfər özünüməşğulluq proqramı çərçivəsində işlə təmin edilib.
E-huquq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, həmin şəxslərlə bağlı cəmiyyətdə stereotiplər var: "Biz o stereotipləri aradan qaldırmağa çalışırıq. Bu səbəbdən cəzaçəkmə müəssisələrində olan məhbusların və azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə Penitensiar Xidmətlə əməkdaşlığa başlanılıb. Məqsəd həmin şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir".
M.Abbasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslər əsasən ictimai işlərdə, tikinti sektoru və daha çox əl əməyi tələb edilən sahələrdə işlə təmin olunur.