EN

KTM-ə təxliyə olunan körpələrdən altısının vəziyyəti ağırdır - YENİLƏNİB

Yanğına görə Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
 
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloq Aysel Qədimova deyib.
 
Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən ağır olan 6 nəfərin 3-ü süni tənəffüs aparatına qoşulub.
 
13:18
 
Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə KTM-dən bildirilib.
 
Məlumata görə, körpələrin vəziyyəti stabildir.
 
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
 
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
 
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Chosen
330
1
moderator.az

10Sources