EN

Sevil-Sevinc: “Ailə qurandan sonra yoxsuzluğa görə sevgi də ölür” — VİDEO

“Bu sənətə kasıbçılıqdan gəlmişik. Əgər ailə qurursansa, elə bir insan seçməlisən ki, o sənə “işləməyəcəksən” deyirsə, sən anlamalısan ki, o, ailəsini saxlaya biləcək, yoxsa yox. Bu çox önəmli məsələdir. Yoxsa səninlə ailə həyatı qurum, işimdən olum... Bu gün mənim anam, bacım, qardaşım, onun üç övladı var, gəlinimiz bizə bacı kimidir. Yəni ailəmə baxıram. Qardaşım evlidir. Onun uşaqları bibi deyəndə, bibi əlini cibinə atıb, onlara nəsə almalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənnilər Sevil-Sevinc Səfərova bacıları qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Əkizlər gələcəkdə ailə quracaqları insanın imkanlı olmasının önəmli olduğunu bildiriblər: 

“Ailə həyatı quranda da ağılla düşünmək lazımdır. Ərə gedib, korluq çəkəcəyəmsə, Allah mənə övlad verəcək, mən isə ona baxa, gələcəyini təmin edə bilməyəcəyəmsə... İndi elə dövrdə yaşayırıq ki, uşağın təhsili az məbləğ aparmır.

Uşağın gələcəyini qurmaq üçün çox miqdarda pula eytiyac var. Ona görə fikirləşirəm ki, ailə qurmaq mövzusu ağılla olmalıdır. Yoxsa mən sevirəm, kasıb olsa da, əgər gedəcəyəm, ac qalacağamsa bəlli bir müddətdən sonra yoxsuzluğa görə sevgi də öləcək”. 


Chosen
333
50
demokrat.az

10Sources