№ 14 Bakı şəhəri, 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nda, 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda, 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də, 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nda, 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda, 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nda və 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın “1A004, c kateqoriyası”nın “Adları” sütununun “Qeyd” hissəsinin b) bəndində və “ML7 kateqoriyası”nın “Adları” sütununun “3. hərbi təyinatlı döyüş sursatlarına və ya materiallarına tətbiq edilməsi üçün xüsusi təyinatı olan ML7.h.1. yarımbəndində göstərilən “biokatalizatorlar”ın tətbiqi “texnologiya”sı” bölməsində ikinci halda “Qeyd” hissəsinin ikinci cümləsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bəndin üçüncü abzasında “ərzaq və xammalda” sözləri “qida məhsullarında” sözləri ilə əvəz edilsin;
2.2. 2-ci hissənin altıncı abzasında “yem (heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan taxıl məhsulları, pambıq çiyidi və qabığı, qarışıq yem, qaba yemlər, cecə və s., sümük unu, ət unu, balıq unu və başqa yem əlavələri)” sözləri “yem məhsulları (heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri)” sözləri ilə əvəz edilsin;
2.3. 4.4-cü bəndin birinci cümləsində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 85-ci maddəsinin beşinci abzasının birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2.3-cü və 1.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2.3. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;
1.2.4. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;”;
4.2. 3.6-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan məhsullara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilərlər.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 13.3-cü, 17.7-ci bəndlərə və 17.8.23-cü yarımbəndin ikinci cümləsinə “texniki” sözündən əvvəl “qida təhlükəsizliyi sahəsində” sözləri əlavə edilsin;
5.2. 16.16-cı bəndin ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
5.3. 17.7-ci bəndin ikinci cümləsində “sanitariya-gigiyena tələblərinə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
5.4. 17.8-ci bənddə “sanitariya-gigiyena normalarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
5.5. 17.10-cu bənddə “sertifikat, şəhadətnamə” sözləri “Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktı” sözləri ilə əvəz edilsin;
5.6. 17.21-ci bənddə “ərzaqlar” sözü “qidalar” sözü ilə əvəz edilsin;
5.7. 17.25-ci bəndin ikinci və üçüncü abzaslarında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
5.8. 19.3-cü və 20.5-ci bəndlərə “sanitariya-gigiyena tələblərinə” sözlərindən sonra “, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri əlavə edilsin;
5.9. 20.4-cü bənddə “ərzaqlarla” sözü “qidalarla” sözü ilə əvəz edilsin;
5.10. 42.1.12-ci yarımbəndə “baytarlıq sənədlərini” sözlərindən sonra “, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktını” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.2-ci bəndin birinci cümləsinə və 2.5-ci bəndə “qaydalarına” sözündən sonra “, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri əlavə edilsin;
6.2. 2.3-cü bəndin ikinci abzasında və 2.6-cı bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
6.3. 2.6-cı bəndin birinci abzasına “keçməlidirlər” sözü “keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar” sözləri əlavə edilsin;
6.4. 2.6-cı bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İlkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların qida blokuna buraxılması qadağandır.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 4.4.3-cü yarımbəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri