EN

“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimləri davam etdirir

“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçiləri təlimatlandırılması məqsədi ilə keçirdiyi silsilə təlimlər 17 yanvar 2024-cü il tarixdə saat 11.00-da Xaçmaz şəhərində, 15.00-da isə Quba şəhərində davam edib. 18 yanvar 2024-cü il tarixdə isə Bakı şəhərində Xətai və Nərimanov rayonlarında fəaliyyət göstərəcək müşahidəçilər üçün təlim keçirilib.
Xaçmaz və Quba şəhərlərində keçirilən təlimlərdə Koalisiyanın həmsədri Q. Ə. İbrahimli, Bakı şəhərində keçirilən tədbirlərdə isə həmsədrlər Q. Ə. İbrahimli Ə. N. Abbasbəyli iştirakçılar qarşısında çıxış edərək, “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər. Koalisiya barədə ətraflı məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıb. Sonra isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib.
Müşahidəçilərin fəaliyyətinin seçki prosesində əhəmiyyətini vurğulayaraq, bu təlimlərin faydalı olacağına inandığını bildirdi. Çıxışların ardınca təlim prosesinə başlanaraq “Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəşilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verildi.
Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.
Cavid

Chosen
214
14
xalqcebhesi.az

10Sources