EN

“Sivil Toplum” diplomatik korpus nümayəndələri ilə görüş keçirib

BAYRAQDAR MEDİA – Yanvarın 22-də “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında görüş keçiriblər.Bu barədə BAYRAQDAR MEDİA-ya Koalisiyadan məlumat verilib.Məlumata görə, görüşdə ABŞ səfirliyin siyasi müşaviri Brett Dvorak, Avropa Birliyinin səfirliyinin məsul şəxsi Annaliza Giansanti, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Marsel Vietor, Fransanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Eva Sey iştirak ediblər: “ Görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib. Əhməd Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. O, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib”.
Məlumatda qeyd edilib ki, görüşdə həmsədrlər seçki ərəfəsində və seçki dövründə söz və mətbuat azadlığı, sərbəst toplaşma və s. bu kimi fundamental azadlıqların təmin olunması vəziyyəti barədə danışıblar. Həmçinin namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələsində yol verilmiş nöqsanlar, seçici siyahısı, məntəqə seçki komissiaylarının təşkili ilə bağlı problemlər barədə də məlumat veriblər.
Görüş zamanı, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Chosen
302
14
bayraqdar.info

10Sources