EN

Ukrayna: Rusiya ilə təbii qaz tranziti müqaviləsi 2024-cü ildən sonra uzadılmayacaq

Ukrayna Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Nazirlər Şurasından verilən açıqlamada təbii qazın tranziti ilə bağlı Ukrayna rəhbərliyinin mövqeyinin aydın olduğu bildirilib və təbii qazın Avropaya boru kəmərləri ilə nəqlini nəzərdə tutan müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatacaq. Onlar Rusiya ilə bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq fikrində deyillər. Qeyd edilib ki, saziş uzadılmayacaq.

Açıqlamada təbii qaz məsələsinin ancaq “Avropa İttifaqı (Aİ) üzv dövlətlərinin gündəmə gətirəcəyi təqdirdə” müzakirə oluna biləcəyi vurğulanıb.

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Ukraynanın milli təbii qaz şirkəti “Naftoqaz” ilə Rusiyanın “Qazprom” şirkəti arasında 2019-cu il dekabrın 30-da imzalanan hökumətlərarası saziş 2021-2024-cü illər ərzində Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qazın tranzitini nəzərdə tutur.

Chosen
231
50
interpress.az

10Sources