Türkiyə Konstitusiya Məhkəməsi nikah zamanı qadının ərinin soyadını götürməsi ilə bağlı müddəanı ləğv edib.
Bu qərarla qadınlar evləndikdən sonra soyadlarını tək istifadə edə biləcəklər. Qərarın qüvvəyə minməsi üçün Türkiyə Böyük Millət Məclisinə 9 ay vaxt verilib. Bu müddət 28 yanvar 2024-cü ildə başa çatır.
Qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisi yeni tənzimləmə etməsə, hüquqi boşluq yaranacaq.
Türkiyə Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 187-ci maddəsinin birinci cümləsini qadın və kişi bərabərliyi prinsipinə zidd hesab edib. Bu maddəyə görə, qadın ailə qurarkən ərinin soyadını götürsə də, ərinin soyadının qarşısında öz soyadını da istifadə edə bilər. Qadına evləndikdən sonra qızlıq soyadını tək istifadə etmək qadağan edilir.
Mənbə: dokuzeylul.com