EN

Bakıda mənzildən 17 min manatlıq qızıl oğurlanıb

Xətai rayonu ərazisində mənzillərin birindən 17 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
171
50
xezerxeber.az

10Sources