EN

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı AstrofizikaRəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, hazırda Günəş ləkələrinin sayıazalıb.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və ortasəviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli yanvarın22-də və 28-də yüksələrək, S1 səviyyəli radiasiya qasırğası başverib. Hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san).

Yanvarın 29-dan fevralın 4-dək C sinif alışmanın baş verməsiehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkiledir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və ortasəviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fonsəviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliklərindən çıxanyüksək sürətli zərrəciklər selinin təsiri ilə artacağıgözlənilir.

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Geomaqnit
Geomaqnit
Geomaqnit
Geomaqnit
Geomaqnit
Chosen
163
2
az.trend.az

10Sources