EN

Bakıda şirkət nümayəndəsi taksi sürücüsünü otelə apardı, 18 min manatı oğurlandı

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 64 ünvanında yerləşən “İbis Hotel”də Rusiyanın “Cтyктypa” şirkətinin nümayəndəsinin 18 min manatı oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, oğurluğu 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş “Bolt” şirkətinin Orxan adlı sürücüsü tərəfindən törədilməsi məlum olub.

Belə ki, Adel adlı Roksana adlı iş yoldaşı ilə Moskvadan “Bakı Ekspo Mərkəzi”nə stend qurmaq üçün gəliblər. Adel iş yoldaşı ilə Bakıda “İbis Hotel”də qalıb. Özü ilə gətirdiyi təxminən 1100000-120000 rus rublunu 21 000 manata dəyişib, çantasına qoyub.

Onlar ilə birlikdə “Bakı Ekspo Mərkəzi”ndə işlərini görüb qurtardıqdan sonra şəhərdə pivə içmək üçün bir neçə bara gediblər və daha sonra Roksana otelə qayıdıb. Adel isə adını xatırlamadığı bir karaoke kluba yollanıb. Klubdan çıxaraq “Bolt”dan taksi sifariş verib. Təxminən 5 dəqiqədən sonra “Kia Rio” markalı avtomobil gəlib və Adeli otelə aparıb. O, Azərbaycan dilində bilmədiyi üçün telefonunda quraşdırılmış “Translate” proqramı vasitəsilə sürücü ilə ünsiyyət quraraq, adının Orxan olduğunu bilib.














Adel ünsiyyət zamanı Orxanla 100 manat qarışılığında seksual xarakterli intim münasibətlə bağlı razılığa gəlib. Onlar oteldə birlikdə bir neçə saat qaldıqdan sonra Orxan ona təcili işlərinin çıxdığını deyib və saat 06.45-də oranı tərk edib. Səhər yuxudan ayılıqda isə çantasına qoyduğu 18 min manatın Orxan tərəfindən oğurlandığını bilib.

Adel dərhal “Bolt” şirkəti ilə əlaqə saxlayaraq, Orxanın əlaqə nömrəsini tapıb və ondan oğurladığı pulları geri qaytarmasını tələb edib. Telefon zəngindən sonra Orxan pulun 10 min manatını otelin foyesində qaytarıb. Bu zaman taksi sürücüsü polis tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə Orxan Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Chosen
516
tribunainfo.az

1Sources