EN

Azərbaycan iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3.7% artıb - Zakir İbrahimov

Dövlət tərəfindən açıqlanan məlumatlara əsasən, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 35 milyard 574.8 milyon manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 16% artım deməkdir.

Fins.az xəbər verir ki, bunu bu gün keçirilən “AzerGold” QSC və törəmə şirkətlər-“Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda Ümumi Daxili Məhsulun nominal həcmi 125 milyard 5.5 milyon manat təşkil edib:

"Makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft-qaz sektoru hesabına baş verib. Bu, neft ölkəsi olan Azərbaycan üçün mühüm göstərici hesab oluna bilər. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3.7% artıb. Ölkəmizdə istehsal edilən xammal və hazır məhsulların ixracı istiqamətində fəaliyyət də uğurla davam etdirilib".

Z.İbrahimov bildirib ki, 2023-cü ildə ölkəmizin ümumi ixrac gəliri 57.6 milyard manat və qeyri-neft ixracatı üzrə gəlirlər isə 2022-ci illə müqayisədə 9.8% artaraq 5.6 milyard manat təşkil edib.

Fuad Mədətov
Fins.az

Chosen
277
50
fins.az

10Sources