EN

Ukrayna silah istehsalını artırır, əsas vəzifə budur - Zelenski

Ukrayna silah istehsalını artırır və uzaqmənzilli pilotsuz təyyarələr hərbi sənaye müəssisələrinin əsas vəzifələrindən biridir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Bu gün mən Strateji Sənaye Nazirliyində görüş keçirdim. Aleksandr Kamışin pilotsuz təyyarələrin və döyüş sursatlarının istehsalı üzrə işlərin nəticələri barədə məlumat verdi", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, istehsal artır, yeni mövqelər də əlavə olunur və yeni silah növlərinin inkişafı davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
191
16
milli.az

10Sources