EN

BAAU-da ilk dəfə səs verəcək gənclər üçün seminarlar təşkil olunub - FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə fevralın 7-sinə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib.

Tehsil.biz xəbər verir ki, maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Chosen
297
15
tehsil.biz

10Sources