Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurlacaq.
“İki sahil” xəbər verir ki, son gündə 2 cavab oyunu keçiriləcək. Əvvəlcə "Qəbələ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Araz-Naxçıvan"la qarşılaşacaq.
"Neftçi" isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi "Sumqayıt"ı qəbul edəcək.
Xatırladaq ki, ötən gün keçirilən cavab oyunlarından sonra "Qarabağ" ümumi hesabda "Sabah"ı (7:1, 3:4), "Zirə" isə "Səbail"i (2:1, 3:0) üstələyərək yarımfinala adlayıb. Yarımfinalda "Qarabağ" "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə, "Zirə" isə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.
Azərbaycan kuboku,
1/4 final
9 fevral
16:00. "Qəbələ" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
İlk oyun - 1:1
19:00. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
İlk oyun - 3:2
8 fevral
"Zirə" 3-0 "Səbail"
İlk oyun - 2:1.
"Qarabağ" 3-4 "Sabah"
İlk oyun - 7:1.
Yarımfinalda qarşılaşacaqlar
"Zirə" / "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi
"Neftçi" - "Sumqayıt" cütünün qalibi / "Qarabağ"