EN

Bəhreyndə mövsümöncəsi testlər başa çatdı

Bəhreyndə Formula 1 üzrə mövsümöncəsi testləri başa çatıb. Axşam sessiyasında ən yaxşı nəticəni “Ferrari” pilotu Şarl Lekler göstərib. “Mercedes”in sürücüsü Corc Rassel protokolun ikinci cərgəsində qərarlaşıb. İlk üçlüyü “Steak” komandasından Quanyu Zhou tamamlayıb.

Üçqat dünya çempionu Maks Ferstappen dördüncü olub. Əlavə edək ki, Şarl və Corc daha yumşaq C4 təkərlərində olduqları zamanda, Maks daha sərt C3 təkərlərindən istifadə edib.

Axşam sessiyasının ümumi nəticələri belədir:

1. Şarl Lekler (Ferrari) – 1.30.322 (74 dövrə).

2. Corc Rassel (Mercedes) +0,046 (67 dövrə).

3. Quanyu Çjou (Steak) +0,325 (85 dövrə).

4. Maks Ferstappen (Red Bull) +0,433 (66 dövrə).

5. Yuki Tsunoda (RB) +0,453 (53 dövrə).

6. Aleksander Albon (Williams) +0,662 (121 dövrə).

7. Oskar Piastri (McLaren) +0,708 (91 dövrə).

8. Fernando Alonso (Aston Martin) +0,837 (75 dövrə).

9. Karlos Sayns (Ferrari) +0,925 (71 dövrə).

10. Serxio Peres (Red Bull) +1,161 (53 dövrə).

11. Niko Hülkenberq (Haas) +1,364 (89 dövrə).

12. Lyuis Həmilton (Mercedes) +1,677 (49 dövrə).

13 Lens Stroll (Aston Martin) +1,716 (46 dövrə).

14. Lando Norris (McLaren) +1,786 (20 dövrə).

15. Pyer Qasli (Alpin) +1,827 (47 dövrə).

16. Kevin Maqnussen (Haas) +2,731 (80 dövrə).

17. Esteban Okon (Alpin) +2,757 (55 dövrə).

18. Valtteri Bottas (Steak) +3,206 (28 dövrə).

19. Daniel Rikkardo (RB) +6,693 (70 dövrə).

Chosen
194
21
futbolinfo.az

10Sources