EN

Azərbaycan klubunun baş məşqçisi istefa verdi

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.“Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Chosen
117
49
korrespondent.az

10Sources