EN

Azərbaycan klubunun baş məşqçisi istefa verdi

\"Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Bu barədə \"qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan \"Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.

\"Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Chosen
116
49
azxeber.com

10Sources