EN

Paşinyan 8 kəndi qaytaracaq, sonra... - Erməni nəşri

Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və naxçıvanın Kərki kəndi) qaytarmağa hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə 168.am saytı yazıb.

Erməni nəşri qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.

"Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa da, erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində, məsələ 2020-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb.

Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq".

Ermənistanın Mili Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə, 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.


Telegram kanalımız
Chosen
192
10
yenisabah.az

10Sources