EN

HƏMAS-ın hücumları barədə İLK kəşfiyyat məlumatı: İran hökuməti… – ŞOK

ABŞ HƏMAS-ın İsrailə hücumları qarşısında İran hökumətinin yüksək rütbəli məmurlarının “hazırlıqsız olduğunu” göstərən xüsusi kəşfiyyat məlumatlarına çıxış əldə edib.

Ulusal.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın əldə etdiyi ilk özəl kəşfiyyat məlumatlarına əsasən, İran rəsmiləri HƏMAS-ın başlatdığı hücumlardan “təəccüblənib”.

Mənbələr qeyd ediblər ki, müvafiq kəşfiyyat məlumatları İranın hücumların “planlaşdırılması və ya təsdiqi proseslərində bilavasitə iştirak etdiyi” iddialarını şübhə altına alır, çünki bu, İranın “hazırlıqsız vəziyyətdə qaldığını” göstərir.

Əldə olunan nəticələrə əsasən, amerikalı analitiklər İran hökumətinin HƏMAS-ın hücumunda birbaşa rol oynamadığına dair ilkin qənaətə gəliblər və bu barədə Konqres üzvlərini məlumatlandırıblar.

Sözügedən məlumatların “son dərəcə həssas” olduğu və mahiyyəti ilə bağlı heç bir detalın paylaşılmadığı bildirilir.

Digər tərəfdən, eyni mənbələr ABŞ kəşfiyyat bölmələrinin Tehranın hücumda birbaşa iştirak edib-etməməsi ilə bağlı hələ tam nəticəyə gəlmədiklərinə diqqət çəkiblər.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dünən Ağ Evdə jurnalistlərə bildirib ki, İranın HƏMAS-a ümumi silah və maliyyə dəstəyinə baxmayaraq, son hücumlarda birbaşa iştirakına dair heç bir əlamət görməyiblər.Musavat.com

Chosen
389
24
ulusal.az

4Sources