EN

Xankəndidə yeni universitet açıla bilər

Ordumuzun Qarabağ iqtisadi rayonunda keçirdiyi uğurlu 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinə nəzarət Azərbaycana keçib.

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra işğaldan azad edilmiş şəhərlərdə bütün sahələr kimi, təhsillədə bağlı mühüm addımların atılması planlaşdırılır.

Artıq Azərbaycanın bir çox dövlət qurumları Xankəndi şəhərində fəaliyyətə başlayıb.

Xankəndidə yeni universitet də açıla bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında belə bir universitetin yaradılmasının ölkəmiz üçün önəmli olduğunu bildirib.

“Belə bir universitetin açılması çox önəmlidir. Həm Qarabağda, həm Şərqi Zəngəzurda belə universitetlərin açılmasına böyük ehtiyac var.

Bu gün biz universitetlərin daha çox Bakıdan köçürülməsi barədə düşünürük. Hesab edirəm ki, indi daha çox bölgələrdə yeni universitetlərin açılması məsələsi xüsusi diqqətə alınmalıdır. Biz bölgələrdə yeni universitetlər, ali təhsil müəssisələri aşmalıyıq və daha çox təşviq etməliyik ki, insanlarımız həmin universitetlərə getsinlər, orada təhsil alsınlar.

Xankəndi Universitetinin açılması həm də Azərbaycan həqiqətlərinin təbliğinə, həm də erməni yalanlarının ifşasına töhfə verə bilər. Biz bu universiteti brendləşdirərək həm də dünyaya göstərə bilərik ki, Qarabağ Azərbaycandır. Xankəndiyə də Azərbaycan nəzarət edir, bura tarixi Azərbaycan torpaqlarıdır”.

Deputat onu da deyib ki, Xankəndi Universiteti Bakıdakı universitetlərin təkrarı olmamalı, fərqli sahələr üzrə ixtisaslar təklif etməlidir:

“Tam yeni formatda tibb, mühəndislik, informasiya təhlükəsizliyi ixtisasları ola bilər. Bu gün belə ixtisaslara bizim daha çox ehtiyacımız var. Biz o istiqamətdə səylərimizi artırmalıyıq. Bu nüfuzlu universittet olmalıdır. Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə 1000-ci yerdən aşağı düşə bilməz. Bu mənada universitetin fəaliyyətinin düzgün, sağlam, normal qurulması çox önəmlidir. Biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə ən qısa vaxtda nail ola bilərik”.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Xankəndidə təhsilin keyfiyyətinin yüksək olacağına inanır:

“İşğaldan əvvəl Xankəndidəki ali məkətəbə institut deyirdik. 1988-ci ilə qədər o institut fəaliyyət göstərirdi , orada 3 bölmə üzrə: Azərbaycan, rus, erməni bölmələri. Ondan başqa Xankəndidə orta məktəblər, peşə məktəbləri var idi.
Bundan sonra Xankəndi şəhərində yaşayacaq sakinlər – Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılacaq. O cümlədən təhsil məsələsi də ən yüksək səviyyədə həll olunacaq. Azərbaycan vətəndaşları Xankəndidə açılacaq təhsil ocaqlarında oxuyacaqlar. Azərbaycana xəyanət etmiş, naxələf çıxmış erməni millətindən olanlardan da bəlkə kimlərsə Xankəndidə qalıb yaşasın. Onlar da eyni şəkildə orada təsillərini davam etdirə biləcəklər.
Amma bir vətəndaş kimi mənim arzum budur ki, 100-120 il bundan öncə ki kimi yenə də Xankəndidə erməni sakin olmasın. Bu baş verməsə belə, orada əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etməlidir”.

Chosen
141
50
ulusal.az

10Sources