EN

General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib. 

FHN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış xəbər doğru deyil. 

“General-leytenant İlham Abdullayev işinin başındadır”, - deyə məlumatda qeyd edilib. 

Chosen
354
4
avtosfer.az

10Sources