EN

İslamın ilk illərində necə oruc tuturdular?

Peyğəmbərimiz aldığı əmr və qadağaları mərhələ-mərhələ müsəlmanlara çatdırırdı...Bu zaman o, vəhyə son dərəcə həssaslıqla yanaşır, özündən bircə kəlmə də artırıb-əskiltmirdi. Qurani-Kərimdə Allah-Təala Həzrəti Muhəmmədin (s.ə.s.) vəhyə əmanət və sədaqətini aşağıdakı ayələrlə təsdiq edir: "Əgər o (yəni Peyğəmbər) özündən bəzi sözlər uydurub bizə isnad etsəydi, biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Heç biriniz bizim əzabımızı ondan uzaqlaşdıra bilməzdiniz" (Haqqə, 44-47).Lakin Qurani-Kərimin vəhy olunma ardıcıllığını izləyərkən, bəzi İslam hökmlərinin zaman keçdikcə dəyişikliyə uğradığının şahidi oluruq. Yəni Quranın bəzi ayələri müəyyən bir hökmü təsdiq edir, lakin ondan sonra nazil olmuş ayələr bu hökmün aradan qaldırıldığını və ya tamamilə ləğv odluğunu, ya da onda dəyişikliklərin yarandığını bildirir. Birinci növ ayələrə "mənsux" (ləğv olunan), ikinci növ ayələrə isə "nasix" (ləğv edən) deyilir.Burada bir neçə məqama diqqət yetirməyimiz vacibdir:1. Nəsx məsələsi bilavasitə Allahın ixtiyarında olan həqiqətlərdən biridir və yalnız Allah-Təalanın hər hansı İslam qanununu ləğv etməyə, yaxud dəyişdirməyə ixtiyarı vardır. Hətta Peyğəmbər də Allahın əmri olmadan, bu və ya digər hökmdə dəyişiklik və düzəliş aparmağa səlahiyyətli deyildir.2. Düzəliş və dəyişikliklər İslamın təməl prinspilərində ola bilməz. Yalnız ikinci dərəcəli şəriət hökmləri nəsx oluna bilər. İslam dininin əsasını təşkil edən əqidə prinsipləri (tövhid, nübüvvət, məad və s.), habelə, vacib ibadətlərin statusu (namaz, oruc, həcc, zəkat və s.-nin vacib olub-olmaması) dəyişiklik obyekti ola bilməz. Çünki onların dəyişdirilməsi İslamın ruhunun bütövlükdə dəyişilməsinə, təhrif olunmasına, bu dinin tamam başqa bir forma almasına səbəb olar.3. İslam hökmlərində dəyişikliklər yalnız və yalnız Həzrəti Muhəmmədin (s) sağlığında baş vermişdir.O, 23 illik peyğəmbərliyi dövründə bütün hökmləri şəxsən, öz təcrübəsində insanlara çatdırmış, bütün düzəlişləri və dəyişiklikləri də vaxtında bəyan etmişdir. Həzrəti Muhəmmədin (s.ə.s.) vəfatından sonra Allahla bilavasitə (vəhy yolu ilə) əlaqə kəsildiyindən, heç bir dini hökmdə dəyişiklik etməkdən söz də gedə bilməz. Bütün dini məsələlər barədə Peyğəmbərin göstərişləri hədis və sünnə formasında mənbələrdə qeyd olunmuşdur. Onun vəfatından sonra müzakirə olunan məsələlər yalnız bu hədis və sünnələrin dərk olunması və interpretasiyası mövzusundadır. Fəqihlərin (şəriət alimlərinin) fətvaları arasındakı fərqlərin əsas səbəbi də onların bu və ya digər məsələ barəsində sünnədə rast gəlinən və rəvayət fərqlərindən irəli gələn ziddiyyətli məqamların hansı birini əsas tutmalarıdır. Belə ki, fəqihlərin biri müəyyən şəriət məsələsində bir qrup hədisi daha mötəbər sayaraq, ona əməl etməyi vacib bilir, başqa bir fəqih isə buna əks mövqeyi müdafiə edən hədislər qrupunu daha etibarlı sayaraq, ona əməl etməyin vacibliyini vurğulayır. Həzrəti Muhəmmədin (s) vəfatından sonra nə bir imamın, nə bir müctəhidin nə də bir fəqihin şəriətə özündən dəyişiklik gətirmək səlahiyyəti yoxdur. Müsəlman mənbələrində nəql olunan "Muhəmmədin (s.ə.s.) halalı qiyamətə kimi halal, haramı qiyamətə kimi haramdır" hədisi də dediklərimizi sübut edir.4. Şəriət hökmlərində həyata keçirilmiş bütün dəyişikliklər yalnız və yalnız insanların xeyrinədir və bu hökmlərə icra etmədə asanlıq yaratmağa xidmət edir.Bütün nasix ayələr özündən əvvəlki ayələrdə əmr edilən ciddi və nisbətən ağır hökmlərin təsirini azaltmış, onları daha mülayim və mötədil formaya salmışdır. Bu da Allahın insanlara qarşı nə dərəcədə mərhəmətli olduğunu göstərən növbəti sübutdur. Allah heç vaxt insanları çəkə bildiklərindən artıq yük yükləməz və onların məşəqqətə, çətinliyə düçar olmalarını istəməz. Bu, Quranda belə ifadə olunur: "Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz" (Bəqərə, 286).Bu kiçik müqəddimədən sonra İslamın ilk illərində oruc hökmlərinə edilmiş bir dəyişiklik barədə Sizə məlumat vermək istərdik. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində buyurulur: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı. Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə ibadətdə olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunları aşmayın! Allah öz hökmlərini bu cür bildirir ki, bəlkə, insanlar təqvalı olsunlar".İslam rəvayətlərindən məlum olur ki, orucun vacib edildiyi hicri 2-ci ildən hicri 5-ci ilə kimi həm gündüz, həm də gecə vaxtı müsəlmanlara öz həyat yoldaşları ilə cinsi əlaqədə olmaq qadağan idi. Həmçinin, müsəlmanlara yalnız orucluq gününün sonunda, yatmazdan əvvəl iftar etməyə icazə verilirdi. Hər kim müəyyən səbəblər üzündən axşam iftar açmadan yatsaydı, qida qəbul etmək imkanını itirmiş olurdu və ertəsi gün ac-susuz halda orucunu davam etdirməli idi. Orucluq hökmləri ilkin variantda bu cür təqdim olunmuşdu. Lakin bu qanun müsəlmanlar üçün çox ağır və həm fiziki, həm də psixoloji cəhətdən çətin olduğu üçün, Allah-Təala yuxarıda göstərilən ayə ilə orucluq hökmlərinə düzəlişlər gətirdi.İslam mənbələrində bu ayənin nazil olma səbəbi barədə belə bir rəvayət göstərilir:Peyğəmbərin MutпїЅim ibn Cubeyr adlı səhabəsi fiziki cəhətdən zəif idi. Orucluq günlərinin birində MutпїЅim axşam evə qayıdır. İftar vaxtı gəlib çatsa da, evdə xörək hələ hazır deyilmiş. Həyat yoldaşı xörək bişirməklə məşğul ikən, MutпїЅimi yuxu aparır. O zamankı oruc qaydalarına görə, MutпїЅim yuxudan oyanandan sonra daha yemək yeyə bilməzdi. Buna görə də o, ac-susuz halda ertəsi gün orucunu davam etdirir. Hadisə Xəndək müharibəsi ərəfəsində baş vermişdi (hicri 5-ci il). Müsəlmanlar Mədinənin kənarında düşmənin qarşısını kəsmək üçün enli və dərin xəndək qazımaqla məşğul idilər. Bütün gün ərzində şəhərin kənarında gərgin iş gedirdi. Onsuz da zəif olan MutпїЅim qazıntı işləri zamanı huşunu itirir. Onun dünəndən yemək yeməməsi məlum olanda bir çox müsəlmanlar də həmin vəziyyətdə olduqlarını bildirirlər. Bu da aşkara çıxır ki, bəzi gənc müsəlmanlar gecə özlərini saxlaya bilməyib, həyat yoldaşları ilə əlaqədə olur və bununla da o zamankı oruc hökmlərini pozurmuşlar.Bu hadisədən sonra Allah-Təala oruc qaydalarına asanlıq gətirmək üçün, yuxarıdakı ayəni Peyğəmbərə nazil etdi. Bununla da orucluq gecələrində (iftar vaxtından sübh açılana, obrazlı dillə desək, ağ sap qara sapdan seçilincəyə kimi) cinsi əlaqədə olmaq və qida qəbul etmək caiz edildi.Poliqon.info

Chosen
627
1
poliqon.az

2Sources