EN

Ukrayna: Rusiya qırıcısını vurduq

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli qırıcı təyyarəsini vurduqlarını iddia edib.Komandanlıqdan verilən açıqlamada, Rusiya ordusunun gecə saatlarında 22 növ raket və 14 "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.Açıqlamada hava hücumundan müdafiə qüvvələri tərəfindən 2 ədəd X-101/Х-555 qanadlı raket, 14 PUA, 11 ədəd X-59/Х-69 tipli idarə olunan raket və 2 ədəd X-22 tipli qanadlı raketin məhv edildiyi bildirilib.“Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Raket bölmələri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi ilə birgə ilk dəfə olaraq Rusiyanın Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raket daşıyıcısı olan "Tu-22M3" tipli uzaqmənzilli strateji qırıcı təyyarəni vurub”, - məlumatda deyilir.Qeyd edək ki, səhər saatlarında Rusiya Müdafiə Nazirliyi orduya məxsus "Tu-22M3" tipli qırıcı təyyarənin texniki nasazlıq səbəbindən Stavropol bölgəsində qəzaya uğradığını açıqlamışdı.

Chosen
535
1
afn.az

2Sources