EN

“Meyxananı böyük səhnəyə atam gətirib“

Müğənni Lətifə Soyuöz meyxana ilə bağlı etiraf edib.
Ölkə.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi mərhum atası Akif Fətəliyevin meyxananın böyük səhnəyə çıxmasına dəstək olduğunu söyləyib. Bu haqda qonaq olduğu "İncə səhər" verilişində danışan Lətifə bunları əlavə edib:

"Meyxana janrına qarşı xüsusi hissim var. Atam Akif Fətəliyev sovet dövründə teatrın baş direktoru olub. O vaxt meyxananın böyük səhnəyə çıxması qadağan idi. Atam bunun üçün Moskvaya yola düşüb, orada mədəniyyət naziri ilə görüşüb və mübahisə də edib. Orada deyib ki, nə üçün sizdə "Частушка" oxumaq olar, bizdə meyxananı səhnədə səsləndirmək olmaz. Bu da bizim folklorumuzdur. Meyxananın böyük səhnəyə çıxmasının ilk icazəsini atam alıb. Ondan sonra ilk dəfə Nizami Rəmzinin filarmoniyada konserti təşkil edilib. Bütün zal dolub və hətta insanlar pəncərələri sındırıb içəri girmək istəyirmiş".
Lətifə əlavə edib ki, onun da səhnəyə gəlməsində mərhum atasının rolu böyük olub.

Chosen
330
1
paralel.az

2Sources