EN

Dəmir yollarında çalışan işçilərin sayı 15% azalıb

Azərbaycanda dəmir yolları sahəsində çalışan işçilərinin sayı illik müqayisədə xeyli azalıb.
İndex.az xəbər verir ki, 2022-cü ilin sonuna işçilərin sayı 4 754 nəfər olduğu halda, 2023-cü ilin sonuna 4 054 nəfərə düşüb.
Bu da illik müqayisədə 14.7 faiz azalmış olub.
Metro nəqliyyatında çalışan işçilərin sayı isə illik 3.3 faiz artaraq 4 471 nəfər olub.
Dəmir yollarında çalışan işçilərin əməkhaqqı 29.9 faiz artaraq aylıq 1 200.3
manat olduğu halda, metro işçilərində isə 14.5 faiz artaraq 1 230.9 manat olub.
Qeyd edək ki, Azərbaycanda dəmir yollarının yeganə operatoru “Azərbaycan Dəmir Yolları” QSC-dir və metro üzrə “Bakı Metropoliteni QSC-dir. Hər ikisi dövlətə məxsusdur.

Chosen
474
1
index.az

10Sources