EN

İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın Sərgi salonuna baxış keçirib - FOTO

Aprelin 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi salonuna baxış keçirib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələri və Sərgi salonunda hal-hazırda davam edən müxtəlif mövzulu guşələrlə yaxından tanış olub.

Heydər Əliyev guşəsində İ.Həbibbəyli, T.Əlişanoğlu, Ə.Əsgərli, E.Akimova, A.Bağırlı və L.Həsənovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” toplusu, H.Həmidovun “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”, T.Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Q.Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli”, Prezident İlham Əliyev guşəsində “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “Türk dünyasının yeni lideri”, “Böyük yolun davamçısı”, 44 günlük II Qarabağ müharibəsinə həsr edilmiş və dövri mətbuat materialları əsasında tərtib olunan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici və digər dəyərli nəşrlər yer alıb.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə bağlı təşkil olunan sərgidə “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya” və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Zərifə Əliyeva. Biblioqrafiya” (2013), Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka. Мудрость освещающая тьму. The intellect lightening darkness” (2010) kitabları nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təşkil olunan sərgidə “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri)”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003)”, “Naxçıvan: tarixi və abidələri”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası: sənədlər və materiallar toplusu (1969-1982-ci illər)” kitabları təqdim olunur.

“Məhəmməd Füzuli – 530” adlı sərgidə Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” 3 cilddə, “Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi”, “Füzuli düşüncə və ruhun poetikası”, “Füzulinin ömür yolu”, “Füzuli qəzəllərinə təxmislər”, “Yaşıl Dünya naminə” sərgisində isə “Azərbaycanda aqrar sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” (Urxan Ələkbərov), “Davamlı inkişaf və vahid ekoloji siyasət: Türkiyə - Azərbaycan” (Eyüp Zengin), “Ekologiya və davamlı inkişaf” (Nizami Məmmədov), “Həyəcan təbili” (Həsən Əliyev), “Ekologiya və ətraf mühit” (Qərib Məmmədov) və digər kitablar sərgilənir.

AMEA prezidenti sərgilərlə tanış olduqdan sonra MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynova müvafiq tapşırıqlarını verib.

Chosen
399
tehsil.biz

1Sources