Rusiya qoşunları Donetsk və Zaporoje vilayətlərində əraziləri ələ keçirmək cəhdlərini dayandırmır. Xüsusən də Çasiv Yar şəhərinə intensiv hücumlar davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Rusiya ordusu son sutka ərzində Boqdanivka, Novı, İvanivsk, Klişçivka və Andrivka yaxınlığında qurudan hücuma keçib. Ruslar Avdiv şəhərindən şimal-qərbinə doğru irəliləməyə nail olub. Geolokasiya görüntüləri göstərir ki, Rusiya qüvvələri Oçeretnıdan qərbə doğru irəliləyir.
Rusiya mənbələri iddia edirlər ki, Novobaxmutivka-Berdıçi xətti boyunca cəbhənin 1.5 km dərinliyinədək irəli gediblər.
Ruslar Zaporoje vilayətində də sıçrayış əldə ediblər. Geolokasiya görüntüləri onların Robotinin cənub-şərqindəki yeni mövqelərə doğru irəlilədiyini göstərir.