EN

Makron və Si Cinpinin nahar menyusundan “Rus” tortu çıxarıldı – KİV


“Rus” tortu adına görə Fransa Prezidenti Emmanuel Makron və Çin Prezidenti Si Cinpinin nahar menyusundan çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Depeche” qəzeti məlumat yayıb.
“Mən bir neçə həftə əvvəl Yelisey Sarayına menyu təklif etdim”, - Makron və Si Cinpinin nahar etdiyi Pireney adalarında yerləşən “L'Etape du Berger” restoranının sahibi Erik Abadie nəşrə bildirib.
Nəşrin məlumatına görə, nahar menyusu Pireney yeməklərindən, o cümlədən qaragiləli piroqdan ibarət olub. Bununla belə, qəzet yazır ki, əvvəlcə dövlət başçılarına Makronun özünün və həyat yoldaşı Bricitin sevdiyi “rus” tortu verilməli idi.
Qəzet yazır ki, bu desertin resepti 1920-ci illərdə Fransanın cənubundakı Bearn bölgəsində yaranıb. Onun adı tortda istifadə edilən peçenyeni hazırlamaq üçün badamların o dövrdə Krımdan gətirilməsi ilə izah olunur. Bundan əlavə, nəşr qeyd edir ki, desert “Rusiyanın qarla örtülü düzənliklərini” xatırladır. “La Depeche” qeyd edir ki, geosiyasi kontekstlə əlaqədar olaraq onlar deserti menyudan çıxarmaq qərarına gəliblər.
Piroqla yanaşı Makron və Si Cinpin Pireney şorbası, lobya ilə quzu əti, porçini göbələkləri, tərəvəzlər, vetçina və yerli pendirlərin dadına baxıblar.
Qeyd edək ki, Si Cinpin mayın 5-dən Fransada üç günlük səfərdədir. Onun səfəri Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edir. Si Cinpin bundan əvvəl diplomatik münasibətlərin qurulmasının 50 və 55-ci ildönümünü qeyd etmək üçün də Fransaya səfər edib. Makron isə son dəfə 2023-cü ilin aprelində Çində səfərdı olub. Daha sonra Fransa lideri Pekinə və Çinin cənubundakı Quançjou şəhərinə səfər edib. Orada Si Cinpin və Makron ənənəvi Çin bağçasında çay mərasimi ilə qeyri-rəsmi görüş keçiriblər.
Chosen
374
44
yeniavaz.com

10Sources