EN

Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.

Oxu.Az Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya seçməsi olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya milliləri olacaq.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək. 

Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti formalaşıb:

Hücumçular - Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

Blokçular - Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar - Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

Liberolar - Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;

Baş məşqçi - Faiq Qarayev;

Köməkçi məşqçilər - Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.

Chosen
195
17
oxu.az

10Sources