EN

Türkiyə Şuşada qurduğu seysmoloji stansiyanı hədiyyə edib

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb, hazırda abadlıq işləri qalıb.

Turkustan.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən hədiyyə edilib.

“Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq”.

O qeyd edib ki, quyudibi stansiya Cəbrayılda tikilməlidir. (modern.az)

Chosen
387
24
turkustan.az

10Sources