EN

Mahir Xorvatiya çempionu oldu

style='margin-bottom:10px;'>

Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" olub.

Zaqreb təmsilçisi 34-cü turda "Osiyek"ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki "Riyeka"nı 7 xal qabaqlayıb. Bununla da "Dinamo" çempionluğu rəsmiləşdirib. Mahir Emreli "Osiyek"lə matçda sona kimi ehtiyatda qalıb.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevra ayından "Dinamo"nun futbolçusudur. O, bu ilin yanvarında ciddi zədə alıb və həmin vaxtdan meydana çıxmayıb. 

Chosen
249
6
teleqraf.com

7Sources