EN

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıblar.

Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.

Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.

Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.

Chosen
316
12
cbcsport.az

10Sources