EN

Bu gün mövsümün qalbləri bəlli olacaq

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda qarşılaşmada “Odlar Yurdu” və “Real Bakı” komandaları üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.

Saat 21:00-da isə “Aznur” və “Birbaşa Bakı” kollektivləri final oyununda münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki matç Bakı Tennis Akademiyasında keçiriləcək.

Chosen
212
5
futbolinfo.az

7Sources