EN

Vətəndaş NARAHATDIR: Saatlıq minimum əməkhaqqı bizim xeyrimizədir yoxsa ziyanımıza? - AÇIQLAMA

Vətəndaş NARAHATDIR: Saatlıq minimum əməkhaqqı bizim xeyrimizədir yoxsa ziyanımıza? - AÇIQLAMA

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Bəs saatlıq minimum əməkhaqqı vətəndaşın xeyrinədirmi?

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Sonxeber.az-a aıqlama verib
Vətəndaşİqtisadçı saatlıq minimum əməkhaqqının doğru addım olduğunu bildirib:

Hazırda gündəmdə iki məsələ var. Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz olunması və aylıq minimum əməkhaqqının artırılması məsələsi gündəmdədir. Hər iki istiqamətdə nəticələr əldə olunacaq. Sadəcə burada zaman məsləsi var. Düşünürəm ki, saatlıq minimum əməkhaqqı doğru addımdır. Bu zaman sahibkar daha ədalətli addım ata bilər. Bu qanun ona imkan verir. Çünki bəzən sahibkar işçiləri istismar edir. Yəni aylıq minimum əməkhaqqı olan-345 manatı işçiyə ödəyir. Amma işçini 8 saat yox 10 saat, hətta daha çox işlədir. Buna görə də saatlıq üzrə göstəricilərin olması daha doğru addımdır. Hətta beynəlxalq təcrübədə də bu təcrübədən istifadə olunur".

Gülcahan Məmmədova

Chosen
421
1
sonxeber.az

10Sources