EN

ATV-dəki verilişi yıxıb sürüdü… – VİDEO

ATV telekanalında yayımlanan "Rəngarəng səhər" verilişində müzakirəyə çıxarılan sosial şəbəkə femomeni Bayram Nurlu sözügedən kadrlara etiraz edib.

Anasını yenicə itirən B.Nurlu efirdə alçaldılmasına sərt reaksiya verib:

"Qoyun mən öz acımı yaşayım, ay bədbəxtlər! Sizə mövzu yoxdur, ay Zaur? Mən ATV efirlərində olanda sən telekanal axtarırdın ki, çıxasan, o kanal, bu kanal gəzirdin.

Hələ o biri aparıcı xanıma bax, heç adını da bilmirəm. Sizə efir verəndə ağıl olmalıdır ki, heç nə apardığınızı da bilmirsiniz. Ancaq o müğənnini çağırıb qalmaqal edirsiniz, ya ərindən danışırsınız, ya da qızıllarınız neçəyədir deyə soruşursunuz. Siz kimsiniz ki, məni müzakirəyə qoyub qınayasınız? Qınanılası sizsiniz, mən yox! Məndən danışıb reytinq yığırsınız..."

B. Nurlu sözügedən verilişin efiri korladığını qeyd edib:

"Ağzımı açdırmasın, ən azından insanın ölüsünə hörmət qoyun! "Rəngarəng səhər", yumun o qeybətkeş ağzınızı! Gedin, efiri necə korladığınızdan danışın. Müğənniləri efirə çağırıb dalaşdıran, ələ salan sizsiniz. Siz kimdən danışırsınız? Sizi cərimə etməlidirlər.

Dəfələrlə efirdə məni müzakirəyə qoyursunuz, susuram, cavab vermirəm, amma bir yerə qədər!  Sizin nə yaxşı əməliniz var ki, danışasınız? Onun-bunun məsələsini qabardıb ara vurmaqdan başqa işiniz yoxdur. Gedin, işinizlə məşğul olun"./Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
387
10
olaylar.az

10Sources