Artıq bizim sülhməramlıların missiyası sona çatıb. Onlar artıq ölkəni tərk edirlər. Artıq bu ərazilər tam təhlükəsizdir.
Axar.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalının Laçından hazırladığı xüsusi reportajında bildirilib.
"İndi Laçın yolunda hərbi maşınları deyil, tikinti materiallarını daşıyan yük avtomobillərini görmək olur. 2020-ci ilə qədər bu ərazilərdə evləri görmək mümkün deyildi. Hazırda yeni evlər tikilib və pulsuz olaraq vətəndaşlara verilib. Hazırda əhali burada yaşayır və tikinti işlərində də özləri iştirak edirlər", - reportajda bildirilib.
Videomaterialın geniş versiyasını təqdim edirik: