EN

Paraatletimiz dünya çempionu oldu 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 hissəsində uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.

Milli Paralimpiya Komitəsindən hafta.az-a verilən məlumata görə, bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.

Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vya 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazanıb. Dünən olub Səid Nəcəfzadə uzunluğa tullanma yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Chosen
181
10
hafta.az

10Sources