EN

İranda Prezident İbrahim Rəisi və heyəti ilə vida mərasimləri keçirilir

Helikopter qəzasında həlak olmuş İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daha yeddi nəfər ilə bu gün Tehran Universitetində vida mərasimi keçirilib.

Vida mərasimində iştirak edən sakinlər "Bu gün matəmdir" qışqıraraq başsağlığı veriblər, İranın rəsmi xəbər agentliyi bildirib.

Mərasimdə İranın Ali dini lideri Ayətullah Xameneyi və ölkənin başqa dövlət adamları iştirak edib.

Mayın 19-da İbrahim Rəisinin olduğu helikopter ölkənin şimal-qərbində, Təbrizə neft emalı zavoduna gedərkən qəzaya uğrayıb.

İranda baş vermiş qəza ilə bağlı 5 günlük matəm elan edib.

İran

Şəklin mənbəyi, İRNA

Chosen
126
bbc.com

1Sources