Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qennadiya Arzumanova Memorialında qızıl medal qazanıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, 33 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, o, finiş xəttinə hamıdan tez - 20.4 saniyəyə çatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun