EN

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur – YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, 36-cı turun son günündə 2 matç keçiriləcək. Əvvəlcə Qərb derbisi oynanılacaq. 6-cı yerdəki “Turan Tovuz” 8-ci pillədəki “Kəpəz”i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər matçda 9-cu yerdəki “Araz-Naxçıvan” mövsümün qalibi “Qarabağ”la qarşılaşacaq. Bu oyun isə saat 19:30-da start götürəcək. Görüş başa çatdıqdan sonra “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”

Chosen
132
1
idmanxeber.az

2Sources