EN

Türkmənistana yeni uğurlar və TÜRKSOY-a üzv olan bütün ölkələrlə daha səmərəli əməkdaşlıq arzulayırıq - Seymur Fətəliyev (VİDEO)

Bakı. Trend:

Türkmənistana yeni uğurlar və TÜRKSOY-a üzv olan bütün ölkələrvə milli komissiyalarla daha səmərəli əməkdaşlıq arzulayırıq.

Trend-inTürkmənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunuBeynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv dövlətlərinUNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası çərçivəsində UNESCOüzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibiSeymur Fətəliyev deyib.

"Bildiyiniz kimi, 2023-cü ildə Şuşa şəhəri türk dünyasınınmədəniyyət paytaxtı elan edilib. Doqquzuncu görüş orada, onuncusuisə Aşqabadda baş tutub. Sabah 2024-cü il üçün mədəniyyət paytaxtıelan edilmiş gözəl Anau şəhərinə səfər edəcəyik. Türkmənistantərəfinə qonaqpərvərliyə və tədbirin təşkilinə görə dərinminnətdarlığımızı bildiririk", - deyə S.Fətəliyev bildirib.

Qeyd edək ki, “Ərçəbil” otelinin konfrans zalında “Anau – Türkdünyasının mədəniyyət paytaxtı – 2024” ili çərçivəsində sərgidə,həmçinin dekorativ-tətbiqi sənət nümunələri, ənənəvi xalqsənətkarlığı, məşhur türkmən xalçaları, milli geyim və zərgərlikməmulatları, musiqi alətləri nümayiş etdirilib.

Görüşün əsas məqsədi türkdilli ölkələrin tarixi, mədəni, təbiətvə yazılı abidələrinin mühafizəsi sahəsində UNESCO və TÜRKSOYarasında birgə əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi,habelə milli irs dəyərlərinin beynəlxalq siyahılara daxiledilməsini təmin etmək üçün səylərin qarşılıqlı surətdəbirləşdirilməsidir.

Türkmənistanda zəngin milli tarixi-mədəni irsin hərtərəfliöyrənilməsi və təbliği istiqamətində aparılan böyük işlərə xüsusidiqqət yetirilib, bunun daha bir təsdiqi Anau şəhərinin 2024-cüildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi faktıolub.

Sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının10-cu iclasının qərarlarını əks etdirən Yekun Sənəd qəbul edilib vəbundan sonra da çoxtərəfli əməkdaşlığa hazır olduqlarıbildirilib.

Məqalədə:
Chosen
226
41
az.trend.az

10Sources