EN

Rəşad Sadıqov üçün yubiley qələbəsi

"Zirə"ni çalışdırıcısı Rəşad Sadıqov ölkə çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 36-cı turunda baş verib.

“Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir klubda baş məşqçi olmuş Sadıqov 2020-ci ilin yayından “Zirə”ni çalışdırır.

Chosen
147
26
football-plus.az

10Sources