EN

“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşib

Bakı. Trend:

"Qarabağ"ın mübarizə aparacağı Çempionlar Liqasının I təsnifatmərhələsində iştirak edəcək bütün komandalar bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, daha iki ölkədə çempion müəyyənləşib.

“Eqnatiya” Albaniyada, “Pünik” Ermənistanda qızıl medal qazanıb.Bu, sonuncularla “Balkani”nin səpələnmişlər səbətinə düşməsi ilənəticələnib. “Eqnatiya” və “Borats” isə “Qarabağ”ın mümkünrəqibləri sırasına düşüb.

Qurban Qurbanovun bu mərhələdə ümumilikdə 15 mümkün rəqibi var.Amma Ağdam klubunun yarışa I deyil, II təsnifat mərhələsindən dəbaşlamaq ehtimalı var. Bu, Çempionlar Liqasının cari mövsümününfinalından sonra dəqiqləşəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
“Lüdoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)
“Petrokub” (Moldova)
“Balkani” (Kosovo)
“Pünik” (Ermənistan)

Səpələnməmişlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksemburq)
“Deçiç” (Monteneqro)
“Santa Koloma” (Andorra)
"Virtus" (San-Marino)
“Borats” (Bosniya və Herseqovina)
“Eqnatiya” (Albaniya)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizəaparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Chosen
127
5
az.trend.az

4Sources