EN

Volodin: "Zelenski dövlət cinayəti törədib"

Ukrayna prezidenti Vladimir Zelenski dövlət cinayəti törədib. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında bildirib.

Turkustan.az xəbər verir ki, Zelenskinin səlahiyyət müddəti başa çatıb və Ukraynada hakimiyyət böhranı yaranıb. Zelenski səlahiyyətlərini itirdiyi üçün onunla razılaşmaların indi heç bir hüquqi qüvvəsi yoxdur.

Ukrayna Konstitusiyası prezidentin səlahiyyətlərinin yalnız seçkilər yolu ilə uzadılmasını nəzərdə tutur. Qalan hər şey dövlət cinayətidir. Volodin vurğuladı ki, Zelenskinin etdiyi də məhz budur.

Xarici dövlətlər çətin vəziyyətdədirlər, çünki Zelenskinin prezidentlik statusunu itirməsi səbəbindən pul itirmək riski var.

Prezident Vladimir Putin prezident Zelenskinin legitimliyinin bitdiyini bildirib.

Eltac Züflüqaroğlu/Turkustan.az

Chosen
145
50
turkustan.az

10Sources