Bakı, 29 may, AZƏRTAC
Bakıda ilk dəfə padel tennisi üzrə beynəlxalq "Sea Breeze Padel Cup" turniri keçirilir.
Azərbaycan Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda yerli idmançılarla yanaşı, Bolqarıstan, Türkiyə, Gürcüstan və Səudiyyə Ərəbistanı tennisçiləri də bacarıqlarını göstərirlər. Ümumilikdə 50-dən artıq tennisçinin mübarizə apardığı turnirin ilk mərhələsi mayın 30-da başa çatacaq. Bir gün sonra isə 2-ci mərhələnin görüşlərinə start veriləcək.
Turnirə iyunun 2-də yekun vurulacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının və “Sea Breeze Resort”un təşkilatçılığı ilə keçirilən yarışda qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro pul mükafatı veriləcək.